Moskvada hərbi təyyarə qəzaya uğradı – FOTO

Moskvada hərbi təyyarə qəzaya uğradı –

Moskva vilayətinin Odintsovo rayonunda hərbi təyyarə qəzaya uğrayıb.

Bu barədə Rusiya mətbuatı məlumat yayıb.

Pilotun katapult etdiyi bildirilir.

Məlumata görə, təyyarə Moskva çayı yaxınlığında qəzaya düşüb. Xəsarət alan olmayıb.

“Mash” teleqram kanalı isə yazıb ki, Su-57 hərbi təyyarəsi Moskva vilayətinin Lutsino kəndi yaxınlığında təlim uçuşu zamanı qəzaya uğrayıb. Pilot son ana qədər təyyarəni yaşayış binalarından uzaqlaşdırıb və daha sonra katapult edə bilib.






Bizim.Media

Mənbə: bizim.media