Cəlilabad rayon sakini suvarma hovuzunda boğulub.
Hadisə rayon mərkəzində yerləşən meyvə bağında baş verib.
2005-ci il təvəllüdlü Kənan Natiq oğlu Mahmudlu suvarma hovuzunda çimərkən boğularaq ölüb.
Fövqəladə Hallar Nazirliyinin xilasediciləri tərəfindən gəncin meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: qafqazinfo.az