Xankəndi şəhərində yerləşən kafelərdən birində yanğın baş verib.
Hadisə nəticəsində iki qadın yanıq xəsarətləri alıb.
Yaralılar xəstəxanaya çatdırılaraq müalicəyə götürülüblər.
Əraziyə cəlb olunan yanğınsöndürənlər alovu qısa müddətdə söndürüblər.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: bizim.media