Gəncədə 13 yaşlı qızı maşın vurdu

Gəncədə 13 yaşlı qızı maşın vurdu

Gəncədə piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Cavadxan qəsəbəsində qeydə alınan hadisə zamanı 2013-cü il təvəllüdlü M. Əliyevanı avtomobil vurub.

İlkin ehtimala görə, qəza yolu keçmək istəyərkən baş verib.

Xəstəxanaya yerləşdirilən piyadanın müalicəsi davam etdirilir.

Yunis Quliyev

Mənbə: qafqazinfo.az