Ukrayna Rusiyanın Leninqrad vilayətində yerləşən, ölkənin ən böyük elektron ticarət şirkətlərindən biri olan “Wildberries”ə məxsus logistik mərkəzə növbəti dəfə hücum edib.
Hücum nəticəsində anbarda yanğın baş verib. Leninqrad vilayətinin qubernatoru Aleksandr Drozdenko üç nəfərin yaralandığını açıqlayıb. “Wildberries” isə bölgədəki iki logistik mərkəzdə fəaliyyətini müvəqqəti dayandırdığını bildirib.
Məlumata görə, hücumun digər hədəfi Kirov şəhərində yerləşən “Aviatek” aviasiya zavodu olub. Bildirilir ki, müəssisəyə raket zərbəsi endirilib. Lakin bununla bağlı Rusiya rəsmiləri hələlik rəsmi təsdiq və ya dəyən zərərə dair açıqlama verməyiblər.
Qeyd edək ki, son günlər Ukraynanın “Wildberries” şirkətinə məxsus bir neçə logistik mərkəzi hədəf aldığı bildirilir. Kiyev bu obyektlərin Rusiya ordusunun logistik təminatında istifadə olunduğunu iddia etsə də, Moskva bu məlumatı təkzib edir.
Vüsalə Hüseynova,
BakuPost
Mənbə: www.bakupost.az