Berlində baş vermiş terror aktında yaralananların sayı 29-a çatdı

Berlində baş vermiş terror aktında yaralananların sayı 29-a çatdı

Almaniyanın paytaxtı Berlində baş verən hücum nəticəsində xəsarət alanların sayı 29 nəfərə yüksəlib.

Almaniyanın daxili işlər naziri Aleksandr Dobrinnt bildirib ki, şəhər mərkəzində insanların üzərinə avtomobillə sürülmə hadisəsi, ehtimal ki, islamçı terror aktıdır.

Nazirin sözlərinə görə, hadisə ilə bağlı araşdırmalar davam edir və hücumun motivləri müəyyənləşdirilir.

Mənbə: bizim.media