Kvadrosikllə minik maşını toqquşdu - 15 yaşlı oğlan öldü

Kvadrosikllə minik maşını toqquşdu - 15 yaşlı oğlan öldü

Ağstafada ölümlə nəticələnən qəza olub.

Qəza hərəkətdə olan kvadrosikllə minik avtomobilinin toqquşması nəticəsində qeydə alınıb.

Hadisə zamanı 2011-ci il təvəllüdlü N.N. həyatını itirib, 2011-ci il təvəllüdlü K.Ə. isə müxtəlif bədən xəsarətləri alıb. Onun müalicəsi xəstəxanada davam etdirilir.

Onların hər ikisi kvadrosikldə olub.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Mənbə: qafqazinfo.az