Daşkəsəndə yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Molla Həsənli kəndində baş verib.
Belə ki, “Niva” markalı avtomobilin aşması nəticəsində 1994-cü il təvəllüdlü Rasim Quliyev xəsarət alıb.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb olunub.
Qəzanın təfərrüatları araşdırılır.
Mənbə: qafqazinfo.az