Bir neçə gün öncə çayda çimərkən boyun nahiyəsindən xəsarət alan gənc ölüb.
Hadisə Masallı rayonu ərazisində yerləşən çayda qeydə alınıb.
Belə ki, Cəlilabad rayonunun Göytəpə şəhər sakini, 2003-cü il təvəllüdlü Çoşqun Quliyev çaya tullanan zaman boyun nahiyəsindən xəsarət alıb.
O, müalicə olduğu xəstəxanada vəfat edib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Mənbə: qafqazinfo.az