Moskva vilayətində Wildberries şirkətinə məxsus daha bir logistika mərkəzinin pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qaldığı bildirilir.
Bu barədə Ukrayna mənbələrinə istinadən OSINT kanalları məlumat yayıb.
İlkin məlumata görə, zərbə Koledino qəsəbəsində yerləşən Wildberries anbarına endirilib. Eyni zamanda, sosial şəbəkələrdə Podolsk şəhərində yerləşən şirkətin digər logistika mərkəzi ilə əlaqələndirilən oxşar videogörüntülər də yayılıb. Lakin bu məlumat hələlik rəsmi təsdiqini tapmayıb.
Bundan başqa, Çexov şəhərinin də PUA hücumuna məruz qaldığı bildirilir. İlkin məlumatlara əsasən, pilotsuz uçuş aparatlarından biri "Gidrostalkonstruksiya" zavodunun obyektinə düşə bilər.
Moskva meri Sergey Sobyanin isə hava hücumundan müdafiə qüvvələrinin paytaxt və ətrafında 70-dən çox pilotsuz uçuş aparatını zərərsizləşdirdiyini açıqlayıb.
Mənbə: bizim.media