Rəsmi məlumata görə, 2026-cı ilin yanvarında İsfahanın Məlikşəhr rayonunda terror aktı törədənlərə – Əbülfəzl Səpahi Bacani və Əmirhüseyn Səfəri Hüseynabadiyə – ölüm hökmü icra olunub.
Yerli mediaya istinadən xəbər verilir ki, bu şəxslər hüquq-mühafizə orqanlarının əməkdaşlarını iplə yol nişanına bağlayıb, onları daşqalaq edib, üzərlərinə benzin töküb yandırıblar. Ardınca, hələ sağ olan zabitləri yerdə sürüyüb, sonra onlara bıçaq və digər kəsici alətlərlə hücum ediblər.
Mənbə: konkret.az