Tiktokerin işində ekspert rəyi müsbət  qiymətləndirib

Tiktokerin işində ekspert rəyi müsbət  qiymətləndirib

Tiktokda daha çox "Roşka" ləqəbi tanınan Rövşən Süleymanzadənin cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizasının ekspertləri qərarı məhkəməyə daxil olub.

Ekspertizaya elave tedqiqat obyektleri (videogöruntüler) ilə bağlı rəy elan edilib. Ekspertlər tərəfindən rəy müsbət qiymətləndirilib.

Məhkəmənin növbəti iclası sentyabra təyin edilib.

Qeyd edək ki, “Roşka” ləqəbli tiktoker Rövşən Süleymanzadə ötən ilin yanvar ayında həbs edilib.

Onun barəsində ilkin olaraq Nəsimi Rayon Məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Daha sonra ibtidai istintaq yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Ona qarşı Cinayət Məcəlləsinin 234.1-1-ci (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma, külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.

Orxan Rasifoğlu


Mənbə: unikal.az