Hadisə cümə axşamı gecə saatlarında baş verib. Müşahidə kameralarına düşən kadrlardan məlum olur ki, iki kimliyi bəlli olmayan şəxs binaya yaxınlaşaraq oraya silahdan atəş açıb. Bunun ardınca isə daha iki nəfər mərkəzin binasına gələrək şüşələri sındırıb.
Dini mərkəzin rəsmiləri hadisə vaxtı binanın daxilində vətəndaşların olduğunu bildiriblər. Hücum nəticəsində heç kim zərər görməyib. Hazırda hüquq-mühafizə orqanları tərəfindən faktla bağlı araşdırmalara başlanılıb.
Qeyd edək ki, ötən bazar ertəsi Toronto şəhərində də yəhudilərə aid olan çörək sexləri şəbəkəsinin naməlum şəxslər tərəfindən gülləbaran edildiyi açıqlanmışdı. Yerli polis orqanları baş vermiş hadisəni nifrət zəminində törədilmiş cinayət kimi qiymətləndirərək istintaqa başlayıb. Toronto şəhərinin meri Oliviya Çou isə bu cinayəti antisemitizm aktı kimi dəyərləndirərək, onu "rəzil və yolverilməz" adlandırıb.
Mənbə: oxu.az