İranın pilotsuz uçuş aparatları (PUA) Küveytin şimal hissəsində yerləşən dövlət obyektinə zərbələr endiriblər.
Bu barədə Küveyt Müdafiə Nazirliyinin sözçüsü polkovnik Səud əl-Ətvan məlumat verib.
Nazirlik nümayəndəsi qeyd edib ki, avqustun 1-də hərbi qüvvələr düşmənə məxsus dronların Küveytin hava sərhədlərini pozduğunu müəyyənləşdirib.
Səudəl-Ətvan əlavə edib ki, ölkənin şimal ərazisindəki dövlət qurumuna hücumla yanaşı Bubiyan adasında fəaliyyət göstərən mülki şirkətin avadanlıqları da zədələnib. Obyektlərə yalnız maddi zərər dəyib, insan itkisi qeydə alınmayıb.
Xatırladaq ki, iyulun 30-da Küveytin Müdafiə Nazirliyi ölkənin şimalında yerləşən Çin şirkətinə İran tərəfindən endirilən zərbə nəticəsində bir nəfərin həlak olduğunu açıqlamışdı.
Mənbə: www.bakupost.az