İtaliyada baş verən zəlzələ nəticəsində xəsarət alanların sayı 26-ya çatıb.
Bu haqda İtaliyanın Mülki Müdafiə Agentliyi məlumat yayıb.
Agentlik dəqiqləşdirib ki, xəsarət alanlardan 21 nəfəri liman şəhəri Pozzuolidə, digər 5 nəfəri isə Culyano-in-Kampaniyada olub.
Təxminən 300 sakin təxliyə edilib, bir neçə yaşayış binası isə dağılıb.
Qeyd edək ki, İtaliyanın Neapol şəhəri yaxınlığında son 40 ilin ən güclü zəlzələsi baş verib.
Mənbə: qafqazinfo.az