Qubada 2 minik avtomobili toqquşdu - 5 nəfər xəsarət aldı

Qubada 2 minik avtomobili toqquşdu -

Qubada iki minik avtomobili toqquşub, 5 nəfər xəsarət alıb.

Hadisə Quba şəhərinin Əliqulu Nərimanov küçəsində qeydə alınıb.

İlkin məlumata əsasən, "Chevrolet" və "Ford" minik avtomobilləri toqquşub.

Qəza nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alan 5 nəfər təcili tibbi yardım briqadalarının köməyi ilə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (Apa.az)

Bizim.Media

Mənbə: bizim.media