Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü - VİDEO

Lənkəranda açıq ərazidə baş verən yanğın söndürüldü -

Lənkəran rayonu, Osaküçə kəndi istiqamətində açıq ərazidə yanğın baş verib.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

Yayılma riskinin yüksək olmasına baxmayaraq, yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Xatırladaq ki, yanğın axşam saatlarında başlayıb.



Mənbə: bizim.media