Füzuli rayonunda açıq ərazidə yanğın başlayıb.
“Oxu.az”a istinadla xəbər verilir ki, hadisə zamanı alovun geniş sahəyə yayıldığı bildirilir.
Yanğının söndürülməsi üçün əraziyə aidiyyəti qurumların qüvvələri cəlb olunub və alovun qarşısının alınması istiqamətində tədbirlər görülür.
Yanğının başvermə səbəbi, xəsarət alanların olub-olmaması barədə hələlik rəsmi məlumat verilməyib.
Mənbə: bizim.media