Bakı-Qazax yolunda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə magistralın Hacıqabulun Qarasu kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, “Nissan” markalı avtomobilin aşması nəticəsində üç nəfər xəsarət alıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə polis əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.
Yunis Quliyev
Mənbə: qafqazinfo.az