Zərdabda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qəza rayonun Məlikumudlu kəndi ərazisindən keçən avtomobil yolunda qeydə alınıb.
İlkin məlumata görə, Yevlaxdan həmin kəndə qonaq gedən şəxslərin olduğu minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yüksək gərginlikli elektrik dirəyinə çırpılıb.
Qəzada sərnişin Leyla Nəsib qızı İsmayılova həyatını itirib.
Yaralılar Şəfaqət Rəşad qızı İsmayılova (2006-cı il təvəllüdlü) və Aybəniz Nağı qızı İsmayılova (1986-cı il təvəllüdlü) Zərdab Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Qəza nəticəsində yüksək gərginlikli elektrik dirəyinin aşması səbəbindən Məlikumudlu və Çallı kəndlərinə elektrik enerjisinin verilişi müvəqqəti dayandırılıb.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Yunis Quliyev



Mənbə: qafqazinfo.az