Rus əsgərləri ölümlə burun-buruna: Kamikadze dron belə vuruldu - VİDEO

Rus əsgərləri ölümlə burun-buruna: Kamikadze dron belə vuruldu - VİDEO

Rusiya əsgərləri üzərilərinə doğru sürətlə yaxınlaşan, Ukraynaya məxsus olduğu bildirilən kamikadze dronu aşkar edərək avtomatlardan atəş açıblar.

Əsgərlərlə kamikadze dron arasındakı təhlükəli qarşılaşma kameraya düşüb.

Əsgərlərin açdığı atəş zamanı havada qığılcımlar yaranıb, dronun irəliləməsi dayanıb. Görüntüləri yayan mənbə Rusiya əsgərlərinin kamikadze dronu avtomat atəşi ilə vurmağı bacardığını bildirib.

Dronun əsgərlərin olduğu nöqtəyə olduqca yaxınlaşdığı vaxt zərərsizləşdirilməsi kadrlara əks olunan təhlükənin miqyasını üzə çıxarıb.

Mənbə: publika.az