İyulun sonunda İspaniyanın Seuta bölgəsinə qeyri-qanuni miqrantların kütləvi axını zamanı şəhərə təxminən 80 000 miqrant soxulub.
Bu barədə EFE agentliyi ərazi siyasəti və demokratik yaddaş naziri Anxel Viktor Torresə istinadən məlumat verib.
Daha əvvəl İspaniya hökuməti 72 000 miqrantın Seutaya daxil olduğunu və onlardan təxminən 70 000-nin Mərakeşə qayıtdığını bildirmişdi.
Xatırladaq ki, iyulun sonunda onminlərlə qeyri-qanuni miqrant İspaniyanın Seuta şəhərinə Mərakeşdən üzərək, eləcə də piyada şəkildə daxil olub. Böhran fonunda Madrid yaşayış məntəqəsində təhlükəsizliyin təmin edilməsinə kömək üçün hərbçilər cəlb etmək qərarına gəlib.
Mənbə: www.bakupost.az