Zimbabvedə Kariba gölündə sərnişin gəmisinin batması nəticəsində azı 15 nəfər ölüb, 75 nəfər itkin düşüb.
Bu barədə "ZBC News" məlumat yayıb.
Məlumatda bildirilir ki, qəza zamanı gəmidə 90 sərnişin və 5 heyət üzvü olub.
Hazırda axtarış-xilasetmə əməliyyatları davam edir.
İtkin düşənlərin taleyi barədə hələlik məlumat yoxdur.
Mənbə: musavat.com