Fransanın Burquen-Jalyö şəhərində maskalı şəxslər kolleksiya kartları satan mağazaya girərək təxminən 80 min avro dəyərində “Pokemon” kartları oğurlayıblar.
Hadisə yerli vaxtla səhər saat 04:00 radələrində baş verib. Dörd maskalı şəxs mağazanın əsas qapısını sındıraraq içəri daxil olub və yüzlərlə kartı götürüb.
Həyəcan siqnalının işə düşməsindən sonra oğrular avtomobillə hadisə yerindən qaçıblar. Oğurlanan kartların böyük hissəsinin Yaponiyanın “Pokemon” franşizasına aid olduğu bildirilir.
Son illərdə “Pokemon” kartlarına kolleksiyaçılar arasında böyük tələbat yaranıb və onların bəziləri yüksək qiymətlərə satılır. Məsələn, ötən fevral ayında nadir “Pikachu” kartı hərracda 14,3 milyon avroya satılaraq rekord qırıb.
Hadisə ilə bağlı araşdırma başladılıb və şübhəlilərin axtarışı davam edir.
Mənbə: publika.az