Meşə yanğınlarını törədənlər saxlanıldı - 43 nəfərdir...

Meşə yanğınlarını törədənlər saxlanıldı -

Bu il iyunun 1-dən avqustun 15-dək Türkiyədə meşə yanğınlarını törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb, onlardan 11-i məhkəmə orqanlarının qərarı ilə həbs edilib.

Bunu Türkiyənin ədliyyə naziri Akın Gürlek bildirib.

Ədliyyə naziri xatırladıb ki, yayın əvvəlindən ölkənin 22 vilayətində 64 iri meşə yanğını qeydə alınıb.

“Qanunsuz hərəkətlər nəticəsində baş verdiyi ehtimal olunan meşə yanğınları ilə bağlı araşdırmaların nəticəsiz qalmasına imkan verməyəcəyik”, – deyə nazir bildirib.

Nazir meşə massivlərini “gələcək nəsillər üçün ən qiymətli sərvət” adlandıraraq, Türkiyənin “ağciyərləri”nin qorunması üçün sərt tədbirlər görməyə hazır olduqlarını vurğulayıb.

Mənbə: publika.az