İrəvan aeroportunda qadınların kütləvi davası oldu

İrəvan aeroportunda qadınların kütləvi davası oldu

Ermənistanda maraqlı insident baş verib.

Qadınlar kütləvi şəkildə dava ediblər. Yerli media 10-a yaxın qadının xəsarət aldığını iddia edir. Kriminal xəbər saytı olan "Shamshyan.com"un məlumatına görə, hadisə İrəvanın "Zvartnots" hava limanında baş verib. Nəşr dörd nəfərin dava etdiyini yazıb.

Maraqlıdır ki, bu qalmaqallı hadisə 13 avqustda baş versə də, yalnız indi ictimaiyyətə məlum olub. Nəşrin məlumatına görə, qadınlar bir-birini yumruqlayıb və söyüş söyüblər.

"Hadisə yerinə gələn əməliyyatçılar 41 yaşlı Lilit M., 19 yaşlı İlen H., 39 yaşlı Nelli M. və 25 yaşlı Diana H.-nı saxlayıblar. Təqsirləndirilən şəxslərdən biri "Visa Concord Airlines" şirkətində işləyirmiş",- sayt yazıb.

Müəllif: Tural

Mənbə: publika.az