Moldovada naməlum uçuş aparatı partlayıb

Moldovada naməlum uçuş aparatı partlayıb

Moldovanın cənubundakı Ştefan-Vodə rayonunun Talmaza kəndindən təxminən 3 kilometr məsafədə naməlum uçuş aparatı yerə düşərək partlayıb.

Oxu.Az xəbər verir ki, bu barədə Moldova polisi məlumat yayıb.

"İlkin olaraq müəyyən edilib ki, partlayış hazırda kimliyi müəyyənləşdirilməyən uçuş aparatının yerə düşməsi nəticəsində baş verib", - deyə qurumun "Telegram" kanalında bildirilib.

Moldova Müdafiə Nazirliyinin məlumatına görə, radarlar saat 17:37-də (Bakı vaxtı ilə 18:37) Ukraynanın Kuçurqan kəndi istiqamətindən ölkənin hava məkanına daxil olan obyekti qeydə alıb.

Bununla əlaqədar Moldovada hava məkanı 15 dəqiqə müddətinə bağlanıb.

Mənbə: oxu.az