Gəncədə qəza - Xəsarət alanlar var+Fotolar

Gəncədə qəza - Xəsarət alanlar var+Fotolar

Gəncədə 3 nəfətin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə şəhərin Nizami prospektində qeydə alınıb. Belə ki, “Changan Uni –Z” markalı avtomobil “Hundai” markalı maşınla toqquşub.

İlkin məlumata görə, qəza zamanı 1991-ci il təvəllüdlü Gülnarə İsayeva, 1998-ci ill təvəllüdlü Ofelya Hüseynova, 2021-ci il təvəllüdlü J. Hüseynova və 2019-cu il təvəllüdlü U. Məmmədova müxtəlif bədən xəsarətləri ilə xəstəxanalardan birinə yerləşdirilib.

Yaralılara tibbi yardım göstərilib, vəziyyətləri kafidir.

Faktla bağlı araşdırma başlanılıb.

Yunis Quliyev


Mənbə: qafqazinfo.az