Bakı şəhəri, Xətai rayonunda evini yandıran şəxsin hadisədən əvvəlki görüntüləri yayılıb.
Görüntülərdə kişinin evdəki əşyaları dağıtdığı, daha sonra isə şüşəni sındıraraq aqressiv davrandığı görünür.
Məlumata görə, ev sahibi ilə ailə üzvləri arasında uzun müddətdir münaqişə yaşanıb. Hadisə günü o, əvvəlcə evdəki əşyaları dağıdıb, daha sonra isə evi yandırıb.
Görüntülər qarşı binada yaşayan sakinlər tərəfindən lentə alınıb.
Mənbə: www.bakupost.az