Bakının Nizami rayonunda azyaşlı zorakılığa məruz qalıb.
Bununla bağlı sosial şəbəkədə məlumat yayılıb.
Qeyd olunub ki, zorakılığa məruz qalan 9 yaşlı Ə.M. ögey anası Ülkər tərəfindən mütəmadi zorakılığa məruz qalır.
Oxu.Az-a açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı, polis baş leytenantı Lumu İsrəfilli bildirib ki, hadisədən xəbərdardırlar.
"Məlumatlıyıq, araşdırma aparılır", - deyə L.İsrəfilli bildirib.
Mənbə: oxu.az