Bakıda qaydaları kobudcasına pozan velokuryer qəzaya düşdü - ANBAAN VİDEO

Bakıda qaydaları kobudcasına pozan velokuryer qəzaya düşdü - ANBAAN VİDEO
Bakıda yol-hərəkəti qaydalarını kobudcasına pozan velokuryer qəzaya düşüb.
Bununla bağlı videogörüntü yayımlanıb.

Hadisə Əbdürrəhim bəy Haqverdiyev küçəsində qeydə alınıb.

Hadisənin baş verməsinə səbəb işıqforun nəqliyyat vasitələri üçün yaşıl işığı yandığı zaman velokuryerin anidən yolun sağ zolağındakı velosiped zolağından sol zolağa çıxması olub. Avtomobillərin sürətinin aşağı olması hadisənin daha dəhşətli sonluqla bitməsinin qarşısını alıb.

Mənbə: oxu.az