Ət tikəsindən boğulan kişi boğazını bıçaqla deşdi

Ət tikəsindən boğulan kişi boğazını   bıçaqla deşdi

Bakıda ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

Qafqazinfo-ya istinadən xəbər verilir ki, bu gün saat 01 radələrində 1965-ci il təvəllüdlü Natiq Allahverdiyev yaşadığı Bülbülə qəsəbəsindəki evdə yemək yeyərkən boğazında ət tikəsi qalıb.
O boğulmağa başlaması səbəbindən nəfəs alması üçün boğazını bıçaqla deşib. Nəticədə, 61 yaşlı kişi boğazındakı qanaxmadan ölüb.
Araşdırmalar aparılır.

Mənbə: www.bakupost.az