Salyanda qəbiristanlıqda Bakı sakininin meyiti tapıldı

Salyanda qəbiristanlıqda Bakı sakininin meyiti tapıldı

Salyan rayonunda qəbiristanlıqda meyit tapılıb.

Hadisə dünən saat 14 radələrində baş verib.

Bakı şəhər sakini 1966-cı il təvəllüdlü Məzahir İbrahim oğlu Əliyevin meyiti Salyan şəhəri 20 Yanvar küçəsində yerləşən qəbiristanlıqda aşkar edilib.

Faktla bağlı araşdırmalar rayon prokurorluğu tərəfindən aparılır.

Mənbə: qafqazinfo.az