Bərdədə yol-nəqliyyat hadisəsi baş verib.
Qəza ötən gecə Hindarx-Borsunlu yolunun rayonun Soğanverdilər kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
Belə ki, Ağcabədi rayon sakini Samir Hüseynov “Chevrolet” markalı, 10-YB-774 dövlət qeydiyyat nişanlı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.
Nəticədə avtomobil yol kənarındakı beton maneəyə çırpılıb.
Qəza zamanı avtomobildə olan onun həmyerlisi, sərnişin 1974-cü il təvəllüdlü Hüseyn Əhmədov xəsarət alıb.
Yaralı Bərdə Diaqnostika Mərkəzinə çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Ziya Əmirxanlı





Mənbə: qafqazinfo.az