Prezidentin sözlərinə görə, Mila kəndində Rusiya zərbəsinin nəticələrinin aradan qaldırılması istiqamətində işlər fasiləsiz davam etdirilir. Xilasedicilər yanğınların böyük hissəsini söndürməyə müvəffəq olublar.
Hadisə yerində, həmçinin Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin əməkdaşları partlayıcı təhlükəli əşyaları aşkarlayır və zərərsizləşdirirlər.
"Ərazinin çirklənmə miqyası əhəmiyyətlidir. İkisi uşaq olmaqla, daha 20 nəfər xəsarət alıb. Dörd nəfər itkin düşmüş hesab olunur. Onların axtarışı davam edir", - deyə Zelenski bildirib.
Dövlət başçısı qeyd edib ki, rusiyalılar təkcə bu həftə ərzində Ukraynaya 2 minə yaxın zərbə dronu, 1 600-dən çox aviabomba və müxtəlif tipli 31 raket, o cümlədən Şimali Koreya istehsalı olan ballistik raket buraxıblar.
Xatırladaq ki, avqustun 28-i axşam saatlarında Rusiya ordusu Kiyev vilayətinin Buça rayonundakı anbarlara dronlarla zərbə endirib.
Mənbə: oxu.az