7 nəfərin öldüyü gəmi qəzası: saxlanılanlar var

7 nəfərin öldüyü gəmi qəzası: saxlanılanlar var

Şimali Kiprin Girnə sahillərində batan sərnişin gəmisi ilə bağlı istintaq çərçivəsində 8 nəfər (kapitan və 7 əməkdaş) saxlanılıb.

Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel açıqlama verib.

Daha əvvəl Şimali Kiprin Prezidenti Tufan Erhürman hadisə ilə bağlı istintaq başladıldığı açıqlamışdı. Hazırda qəzanın səbəbləri və gəminin batmasına səbəb olan hallar araşdırılır.

Qeyd edək ki, Girnə sahillərində batan gəmidə ümumilikdə 267 nəfər – 259 sərnişin və 8 ekipaj üzvü olub. Qəza nəticəsində 7 nəfər həyatını itirib, 237 nəfər xilas edilib, 23 nəfərin axtarışı davam etdirilir. Xilas edilənlər arasında iki Azərbaycan vətəndaşı da olub.

Axtarış-xilasetmə işlərinə Türkiyənin də qüvvələri cəlb olunub.

Mənbə: publika.az