Naxçıvanda mənzildə yanğın - Video

Naxçıvanda mənzildə yanğın -

Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Naxçıvan şəhərində beşmərtəbəli yaşayış binasında yanğın baş verməsi barədə məlumat daxil olub.

Bununla bağlı FHN məlumat yayıb.

Bildirilib ki, Naxçıvan şəhər Dövlət Yanğından Mühafizə Hissəsinin qüvvələri əraziyə cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yaşayış binasının 3-cü mərtəbəsində yerləşən vətəndaşa məxsus mənzildə baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Hadisə nəticəsində ümumi sahəsi 29,5 kv.m. olan mənzilin mətbəx hissəsində quraşdırılan suqızdırıcı və paltaryuyan maşını yanıb.

Mənzil digər əşyaları ilə birlikdə yanğından mühafizə olunub.

Mənbə: qafqazinfo.az