Sumqayıtda maşın qadını vurub öldürdü

Sumqayıtda maşın qadını vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1963-cü il təvəllüdlü Yaşar Əsgərov idarə etdiyi “Kia Sorento” markalı avtomobillə piyada 1980-ci il təvəllüdlü Gülnarə Süleymanovanı vurub.

Piyada xəstəxanaya aparılarkən yolda ölüb.

Faktla bağlı cinayət işi başlanılıb.


Mənbə: unikal.az