Moskva meri: Ukrayna son bir ayda Rusiya paytaxtına 9 minə yaxın dron hücumu edib

Moskva meri: Ukrayna son bir ayda Rusiya paytaxtına 9 minə yaxın dron hücumu edib

Ukrayna son bir ay ərzində Rusiya paytaxtına 9 minə yaxın dron hücumu edib.

Bu barədə Moskva meri Sergey Sobyanin bildirib.

Onun sözlərinə görə, 1 avqust saat 8:30-dan 1 sentyabr saat 8:30-dək Moskva regionuna 8670 Ukrayna PUA-sı uçub.

Sobyanin dronların əksəriyyətinin Moskvadan uzaq məsafədə zərərsizləşdirildiyini söyləyib. Əlavə edib ki, 795 PUA Rusiya paytaxtına yaxınlaşarkən məhv edilib.

Mənbə: apa.az