Bakıda kirayənişin qaldığı evi QARƏT ETDİ

Bakıda kirayənişin qaldığı evi QARƏT ETDİ
Bakıda kirayənişin qaldığı evi qarət edib.
Hadisə paytaxtın Nərimanov rayonu ərazisində yerləşən evlərdən birində baş verib.

Naməlum şəxs evdən mobil telefon və 1200 manat dəyərində piano oğurlayıb.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən 27 yaşlı E.Əsgərov müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onun həmin evdə kirayə qaldığı müddətdə mobil telefonu və pianonu oğurladığı müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: oxu.az