Bu gün azərbaycanlı jurnalistlər İsrail-Livan sərhədində olublar.
Teleqraf-a istinadla xəbər verilir ki, jurnalistlərə sərhəd bölgəsində baş verən son hadisələr və ərazidəki mövcud vəziyyət barədə məlumat verilib.
Jurnalistlər həmçinin İsrail-Livan sərhədində təhlükəsizlik vəziyyəti ilə tanış olublar.
Qeyd edək ki, iyunun 26-da İsrail və Livan arasında ABŞ-nin vasitəçiliyi ilə çərçivə sazişi imzalanıb.
Sazişdə "Hizbullah"ın tərksilah edilməsi, Livan ordusunun ölkədə yeganə hərbi güc olması və İsrail ordusunun Livan ərazisini tərk etməsi nəzərdə tutulub.

Mənbə: publika.az