Bakıda avtomobildən 78 min manat oğurlandı

Bakıda avtomobildən 78 min   manat oğurlandı

Bakının Sabunçu rayonu ərazisində avtomobildən 78 min manata yaxın pul vəsaiti oğurlanıb.

Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdiyi tədbirlərlə talama cinayətini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 43 yaşlı T.Nəzərov saxlanılıb.
Rayon ərazisində qeydə alınan digər hadisə zamanı isə evlərin birindən elektrik naqilləri və 730 manat dəyərində su nasosu oğurlanıb. Polis əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 34 yaşlı K.Qasımov da müəyyən edilərək saxlanılıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Mənbə: www.bakupost.az