Danimarkada bir sakin həyətində terras inşa edərkən vikinqlər dövründən qalma ən böyük gümüş xəzinəsini aşkar edib.
“Live Science” portalına istinadən xəbər verilir ki, təxminən 1100 il tarixi olan xəzinəyə 18,5 kq-dan çox çəkiyə malik 700 gümüş əşya daxildir.
Bildirilir ki, bu, Danimarkada indiyədək aşkar edilmiş vikinqlər dövründən qalma ən böyük xəzinədən 3 dəfə daha böyükdür. Tapılan əşyalara gümüş külçələr, bəzək əşyaları, 47 bütöv sikkə və sikkə fraqmentləri, həmçinin Skandinav tanrılar panteonuna daxil olan Torun çəkici daxildir.
Tapıntıya 899-924-cü illərdə hakimiyyətdə olmuş kral Böyük Edvardın hakimiyyəti dövründə zərb edilmiş iki anqlosaks gümüş sikkənin daxil olması xəzinənin təxminən X əsrdə basdırıldığını güman etməyə əsas verir.
Xəzinə qiymətləndirilməsi üçün Danimarka Milli Muzeyinə təhvil veriləcək.



Mənbə: qafqazinfo.az