Naxçıvanda maşınlar toqquşdu - Fotolar

Naxçıvanda maşınlar toqquşdu -

Naxçıvan-Şahbuz magistralında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

Qəza zamanı “Hyundai”, “KIA”, “Niva” və “Mercedes” markalı avtomobillər toqquşub.

Hadisə nəticəsində 2 nəfər xəsarət alıb. Yaralılar Gülər Bayramova və Fidan Abdullazadə Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Ziya Əmirxanlı


Mənbə: qafqazinfo.az