Şimali Kiprin Girne şəhəri sahillərində batan sərnişin gəmisində ölənlərin sayı 13-ə çatıb.
Bu barədə Şimali Kiprin Baş naziri Ünal Üstel "X" hesabında paylaşım edib.
O bildirib ki, daha bir nəfərin cəsədi tapılıb, beləliklə, ölənlərin sayı 13-ə yüksəlib, 15 nəfər isə itkin düşmüş hesab olunur.Baş nazir vurğulayıb ki, axtarış-xilasetmə işlərinə özəl şirkətlər cəlb ediləcək, həmçinin Türkiyə ilə məsləhətləşmələr aparılacaq.
Xatırladaq ki, avqustun 30-da Şimali Kiprin Girne sahillərində gəmi qəzaya uğrayıb.
Mənbə: publika.az