Göyərtəsində 243 nəfər olan gəmi batıb? - ƏLAQƏ KƏSİLİB

Göyərtəsində 243 nəfər olan gəmi batıb? -

İndoneziyada fırtına zamanı Yava dənizində üzən “Virgo Transport 8” gəmisi ilə əlaqə kəsilib. Gəmidə 243 nəfər olub.

Bu barədə İndoneziya Milli Axtarış və Xilasetmə Agentliyi məlumat yayıb.

Əməliyyat koordinatoru Putu Sudayana bildirib ki, gəmi ən son Banjarmasindəki “SAR Basirih” körpüsündən təxminən 80 dəniz mili məsafədə olub.

Ekipajla əlaqə yerli vaxtla təxminən saat 2:00 radələrində hava şəraiti kəskin pisləşdikdən sonra kəsilib.

Dəniz qüvvələri, su polisi, liman və naviqasiya xidmətləri axtarış işlərinə cəlb edilib.

Bizim.Media

Mənbə: bizim.media