Hörmüz boğazında tankerə hücum edildi

Hörmüz boğazında tankerə hücum edildi

Hörmüz boğazından keçərkən tanker hücuma məruz qalıb.

Bu barədə Böyük Britaniyanın dəniz ticarəti əməliyyatları idarəsi (UKMTO) öz saytında məlumat yayıb.

“UKMTO Hörmüz boğazındakı insidentlə bağlı məlumat alıb. Hörmüz boğazını keçərkən gəmiyə naməlum mərmi dəyib”, – deyə məlumatda qeyd olunur.

UKMTO əlavə edib ki, xəsarət alanlar, dəyən ziyan və digər nəticələr barədə məlumat yoxdur.

Hüseyn İbadlı

Mənbə: publika.az