"BakuBus" sürücüləri avtobus zolağını bəyənməyib yarışa çıxdılar - VİDEO

"BakuBus" sürücüləri avtobus zolağını bəyənməyib yarışa çıxdılar - VİDEO
Bakıda avtobus sürücülərinin kobud qayda pozuntusunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Avtosfer.az-a istinadla xəbər verilir ki, hadisə paytaxtın 8 Noyabr prospektində qeydə alınıb.

Belə ki, "BakuBus"a məxsus 67208 və 67142 eyniləşdirmə kodlu avtobusların sürücüləri hərəkət zamanı bir-biri ilə yarışa çıxıblar.

Görüntülərdən aydın olur ki, hərəkətdə olan avtobusların ikisi bir-biri ilə yarışa çıxıb. Bu zaman onlar manevr qaydalarını kobud şəkildə pozaraq digər sürücülərə təhlükə yaradıblar.

Mənbə: oxu.az