Neftçalada kişi evinin həyətində ölü halda tapılıb.
Hadisə Kürkənd kəndində qeydə alınıb.
Kənd sakini Allahverdiyev Nizami Xankişi oğlunun meyiti yaşadığı evin həyətində, ailə üzvləri tərəfindən aşkarlanıb. Onun hansı səbəblə öldüyü bilinmir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə: lent.az