Almaniyanın qərbində yerləşən Amerikanın Şpanqdolem aviabazası yaxınlığında hərbi təyyarə qəzaya uğrayıb.
Bu barədə "Bild" qəzeti məlumat yayıb.
Jurnalistlərin verdiyi məlumata görə, hazırda aviabazada genişmiqyaslı xilasetmə əməliyyatı keçirilir. İlkin məlumatlara görə, hadisə nəticəsində bir nəfər xəsarət alıb.
Nəşr əlavə edib ki, aviabaza ərazisindən iki təyyarə havalanıb. Onlardan biri qəfil qəzaya uğrayıb və pilot katapult etməyə macal tapıb.
Baş vermiş hadisə barədə hələlik rəsmi məlumat yoxdur. Almaniyanın SWR teleradio şirkətinin xəbərinə görə, təlim uçuşu zamanı F-16 qırıcı təyyarəsi qəzaya uğrayıb, pilot isə katapult edə bilib.
Mənbə: bizim.media